“Yayda ətin ucuzlaşması mütləq şəkildə baş vermir” İqtisadçı

04.06.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yay mövsümündə, adətən, ət bazarında müəyyən dəyişikliklər olur. Bəzi bölgələrdə heyvanların otlaq şəraiti yaxşılaşdığından qiymətlərdə sabitlik və ya cüzi enmə müşahidə oluna bilər”.

Bunu “Yeni Sabah”a “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, yayda ətin ucuzlaşması mütləq şəkildə baş vermir: pizza hut

“Bu, əsasən yem qiymətləri, idxal həcmi, heyvandarlıqda xəstəliklər və bazar tələbi kimi faktorlardan asılıdır. Bahalaşmanın qarşısını almaq üçün rəqabətin gücləndirilməsi və istehsal xərclərinin azaldılması da vacibdir”.

A.Nəsirli bildirib ki, hazırda ət bazarında ən ciddi problemlərdən biri yem xərclərinin yüksək olmasıdır:

“Əhalinin alıcılıq qabiliyyəti aşağıdır, bir çox ailələr üçün qiymətlər hələ də yüksək, əlçatazdır”.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью