Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat yayır. "Yay aylarında təravət və zəriflik insanın tək geyimində deyil, istifadə etdiyi ətirdə
Tanınmış əttar Türkan Alixanova Milli.Az-a verdiyi açıqlamada isti havalarda düzgün ətir seçiminin vacibliyinə toxunub.
Onun sözlərinə görə, yay üçün ən çox limon, berqamot, nanə, yaşıl çay, lavanda, yasəmən və su zanbağı notları ilə zəngin olan ətirlər uyğun gəlir: "Yay fəslində əsasən təravətli, yüngül, sitrus, çiçək və su notlu ətirlərə üstünlük verilməlidir.
Bu tərkiblər həm təravət verir, həm də insanı boğmur. Ətirin yay günlərində qalıcı olması üçün onu dəridən əvvəl nəmləndirici krem üzərinə t
Həmçinin günəş altında birbaşa dəriyə vurulan bəzi ətirlər ləkə yarada bilər.
Bu səbəbdən ətiri paltara və ya saç uclarına püskürtmək daha məqsədəuyğundur".
Əttar qeyd edir ki, ətir seçimi çox fərdidir və hər insanın dərisində qoxu fərqli oturur.
Buna görə mağazada qoxladığınız bir ətirin sizin dərinizdə necə reaksiyaya girdiyini test etmədən almaq riskli ola bilər.
Tam oxu
Xəbəri oxu