Yayda gəlmişdi, qışda gedir Tsxadadze legioner futbolçunu komandadan göndərdi İdmanXəbər |…
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qəbələ” yayda heyətini qatdığı legioneri ilə yolları ayırmağa hazırlaşır.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Paulo Quimbiladan gedir.
Anqolalı futbolçu baş məşqçi Kaxaber Tsxadadzenin planlarına daxil deyil.
Bu səbəbdən də gürcüstanlı mütəxəssis onu əvəzedici heyətə göndərib. 20 yaşlı yarımmüdafiəçi qışda komandadan göndəriləcək.
Xatırladaq ki, anqolalı sağ vingerlə 3 illik müqavilə imzalanmışdı.
O, cari mövsüm komandanın heyətində 8 matçda forma geyinib və heç nə ilə yadda qalmayıb.
Pauolo ilə yanaşı, yayda “Turan Tovuz”dan icarəyə götürülən Rüfət Əhmədov da əvəzedici heyətə göndərilib.
Tam oxu
Xəbəri oxu