Yayda iflic riskini artıran səhvlər: Dənizdə və hovuzda bunları etməyin! | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yay aylarında şüursuz şəkildə edilən su fəaliyyətlərinin ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş İnsult Mərkəzindən Prof. Dr. Demet Funda deyib.
O, xüsusilə dənizə balıqlama tullanma və dərindən suya başla dalma hərəkətlərinə qarşı xəbərdarlıq edib.
Bu cür hərəkətlərin boyun travmalarına səbəb ola biləcəyini və daimi iflic riskini artırdığını bildirib.
Həkim deyib: "Baş suya sərt dəydikdə, sanki betona çırpılmış kimi təsir göstərir.
Bu cür zərbələr kəllə-beyin travmasına və daimi ifliclərə səbəb ola bilər".
O, eyni zamanda şiddətli boyun ağrıları, üz əyriliyi, nitq pozuntusu və görmə itkiləri kimi əlamətlərin damar yırtılması nəticəsində baş verən insult (iflic) əlamətləri ola biləcəyini vurğulayıb.
Tam oxu
Xəbəri oxu