Yayda ishaldan qorunmanın yolları | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yay aylarında həm isti, həm düzgün şəkildə qəbul edilməyən qidalar və bu kimi bir çox amillər əksər insanlarda tez-tez ishal hallarının yaranmasına yol açır.
Daxili orqan xəstəlikləri üzrə mütəxəssis dr. Gökhan Akgül havaların isinməsi ilə artan ishal halları barədə xəbərdarlıq edib.
Əsasən də iyul və avqust aylarında artan ishaldan qorunmaq üçün bəzi məqamlara diqqət etmək önəmlidir.
Meyvə-tərəvəz və su qəbul edərkən gigiyena qaydalarına diqqət edilməlidir.
Yaxşı yuyulmayan meyvə və tərəvəzlər ishala şərait yaradan əsas səbəblərdəndir.
Ona görə meyvə və tərəvəzləri bol su ilə yumaq, əl gigiyenasına diqqət etmək olduqca vacibdir.
Əlləri ən az 20-30 saniyə sabunlamaq və ishal keçirən uşaq və yaşlılarda maye və duz qəbulunu artırmaq məsləhət görülür.
Tam oxu
Xəbəri oxu