Yayda meydanı tərk edəcək

08.04.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Mats Hummels vacib qərar verib.
“Roma”nın futbolçusu peşəkar karyerasını başa vurmaq qərarına gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 
36 yaşlı mərkəz müdafiəçisinin İtaliya klubu ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdi. O, sözləşmə bitdikdən sonra komandanı tərk etmək və karyerasını başa vurmaq qərarına gəlib.
Mats bu mövsüm “Roma”nın heyətində 18 matça çıxaraq 1 qol vurub. O, paytaxt klubuna yayda azad agent statusunda qoşulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью