Yayda “Qarabağ“a gəldi, indi də müqaviləni pozmaq istəyir

22.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tezliklə “Qarabağ“ı daha bir futbolçu tərk edə bilər.

Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, Sadiq Məmmədzadə ötən ilin iyununda müqavilə bağladığı klubla yollarını ayırmağa hazırdır.

20 yaşlı qapıçı bu məqsədlə ilk cəhdini edib. “Səbail”in Futbol Akademiyasının yetirməsi rəsmilərlə görüşərək, 4 illik kontraktı pozmaq istəyini bildirib.

U-19 yığmasının sabiq kiperi bunu əvəzedici heyətə göndərilməsiylə əlaqələndirib.

Sadiq son vaxtlar xeyli təkliflər aldığını və onlardan birini dəyərləndirmək niyyətində olmasını söyləyib. O, xahiş eləyib ki, azad agent statusu almasına razılıq verilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью