Yayda "Liverpul"dan ayrılmaq istəyir

20.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Yayda "Liverpul"dan ayrılmaq istəyir

"Liverpul"un müdafiəçisi Kostas Tsimikas yayda İngiltərə klubundan ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə "Sport24.gr" nəşri məlumat yayıb.

Mənbənin xəbərinə görə, 30 yaşlı yunan futbolçu karyerasında yeni çağırışa hazırdır və fərqli mühitdə özünü sınamaq istəyir.

Oyunçunun nəzərdən keçirdiyi ən ehtimal olunan variantlardan biri İspaniya çempionatıdır. Artıq bəzi klubların Tsimikası heyətinə qatmaq imkanlarını araşdırdığı bildirilir.

Qeyd edək ki, Kostas Tsimikas 2020-ci ildə "Liverpul"a transfer olunub. Onun mövcud müqaviləsi gələn yaya qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью