Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Maykl Olise yayda Fransaya qayıda bilər.
"Football-plus.az" xəbər verir ki, PSJ 23 yaşlı futbolçunu transfer etmək istəyir. Paris klubu Olisenin keçidi üçün 100 milyon avro ödəməyə hazırdı. Gənc vingerə Fransa klubu ilə yanaşı İngiltərə nəhəngləri “Çelsi”, “Liverpul” və “Mançester Siti” də maraq göstərir.
“Bavariya” Oliseni 2024-cü ilin yayında “Kristal Pelas”dan heyətinə qatıb. Fransa millisinin üzvü bu mövsüm Münhen klubunun formasını geydiyi 14 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.