Yayılan xəstəliklə əlaqədar karantin rejimi sərtləşdirilə bilər? Vacib açıqlama | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir neçə müddətdir ki, ölkədə hərarətlə müşayiət olunan xəstəlik artıq can almağa başlayıb.
Belə ki, Zaqatalada xəstəxanaya gətirilən 2 yaşlı uşaq reanimasiyada ölüb. Yayılan xəstəlik insanlarda narahatlığa səbəb olub.
Maraqlıdır, bu xəstəliklə bağlı hökumət, parlament nə etməyi düşünür?
Globalinfo.az-a danışan Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib ki, qış aylarında orqanizmlərin spesifik xüsusiyyətinə uyğun olaraq virus infeksiyalarının yoluxma intensivliyi və tezliyi artır.
Onun sözlərinə görə, yoluxma fərqli aylarda ola bilər: “Hazırda virus infeksiyaları ilə xəstələnmə intensivliyinin artmasını müşahidə edirik.
İstər bütün dünyada, istərsə də Azərbaycanda analiz etdikdə nəticələri tam əminliklə söyləyə bilərik.
Amma təbii ki, yuxarı tənəffüs yollarının virus infeksiyaları davamlı şəkildə mutasiyaya uğrama qabiliyyətinə malikdirlər.
Tam oxu
Xəbəri oxu