Yayın bomba transferi gerçəkləşdi RƏSMİ

30.05.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real Madrid" Trent Aleksandr-Arnold transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" 26 yaşlı cinah müdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Aleksandr-Arnold azad agent kimi "kral klubu"na qoşulub.

Buna baxmayaraq "Real Madrid" onu Klublararası Dünya Çempionatında oynatmaq üçün "Liverpul"a 10 milyon avro ödəməli olacaq.

İngilis futbolçu Din Heysendən sonra bu yay Madrid təmsilçisinin 2-ci rəsmi transferi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью