“Yayın sonuna yaxın meşələrdə ehtiyatlı olmaq lazımdır”

20.07.2026

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Meşə yanğınlarının baş vermə səbəbi isti hava temperaturları və havanın uzun müddət quraq keçməsi ilə əlaqədardır. Belə olan hallarda, xüsusilə də yayın sonlarına yaxın meşələrdə çoxlu qurumuş ot, yarpaq kütləsi əmələ gəlir. Bu da yanğına qarşı həssas olur”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov söyləyib.

R.Abbasov əlavə edib ki, istənilən bir ehtiyatsızlıq, ildırım vurması və digər səbəblərdən meşə yanğınları baş verə bilir: “Buna görə də yay vaxtı, xüsusilə də yayın sonuna yaxın meşələrdə ehtiyatlı olmaq lazımdır. Ocaq qalamaq olmaz. Çünki ocaq qalanan zaman hətta o, söndürülsə belə xırda köz qala bilir. Bu da meşələrin yanmasına, həmçinin irimiqyaslı yanğınların baş verməsinə səbəb ola bilir”.

Hazırda Avropa ölkələrində meşə yanğınları baş verdiyini söyləyən ekspert Azərbaycanda da kifayət qədər yanğına həssas bölgələrin olduğunu vurğulayıb: “Bunlar əsasən Azərbaycanın meşəliyi olan Böyük və Kiçik Qafqaz regionlarıdır. Xüsusilə Böyük Qafqazın cənub yamacında uzun müddət quraq hava müşahidə olunması nəticəsində çoxlu quru ot, yarpaq kütləsi yığılır və bu da yanğınların baş verməsinə səbəb olur”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью