Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həyatımızda baş verən hadisələrə hər bir insan fərqli yanaşır, fərqli qəbul edir və fərqli reaksiyalar göstərir.
Hava dəyişkənliyinin insan həyatına təsiri onların də insanların temperamentindən, xarakterindən asılıdır.
Melanxolik insanlar hava dəyişkənliyindən daha çox əziyyət çəkirlər.
Psixoloq Aygün Cəfərova Medicina.az-a həssas insanların dərdi olan bu mövzudan danışıb.
Həkim deyib ki, yaz aylarında rast gəlinən fizioloji problemlərdən biri də insan bədənində vitamin çatışmazlığının yaranmasıdır: "Payızdakı dəyişikliklərin səbəbi gün şüasının az qəbul olunması nəticəsidir ki, gün şüası qəbul edəndə insanlarda müsbət hormonlar daha çox ifraz olunur.
Nəticədə insanlar az depressiyaya düşürlər, amma gün şüası az qəbul edəndə daha tez depressiyaya düşə bilirlər".
Psixoloqun sözlərinə görə, havanın qaralması da insanlarda daha çox həssaslıq yaradır: "İnsanlar daha yorğun olurlar, əsəbi olurlar, hər şeyə daha çox qıcıqlanırlar, yuxu pozuntusu yaşayırlar.