yazdı, nazir müavini xalq artistini qəbul etdi | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Svetlana Həkimovanın bir neçə gün öncə saytımıza verdiyi açıqlamanı yayımlamışdıq.
Aktrisa 85 yaşının olmasına baxmayaraq indiyə qədər təqaüd almadığını, Mədəniyyət Nazirliyinə getsə də onu içəri buraxmadıqlarını iddia etmişdi.
Yazı saytımızda dərc olunandan sonra aktrisa Mədəniyyət Nazirliyinə dəvət olunub, dinlənilib.
Bu haqda xalq artisti özü Moderator.az-a danışıb: “Sizə və saytınızın rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Mədəniyyət Nazirliyinin müavini, xalq artisti Murad Hüseynov məni qəbul etdi. Təxminən 15 dəqiqə söhbətimiz oldu.
Fəaliyyətim haqda maraqlandı, teatrdakı xidmətlərim haqda danışdı, ünvanıma xoş sözlər söylədi. Təqaüdlə bağlı müraciət etmişdim.
Dedi ki, indiyə qədər sizdən bizə heç bir məktub və müraciət gəlməyib.
Tam oxu
Xəbəri oxu