Yazdığı rəylə aylardır axtarılan qadın tapıldı Foto

13.07.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, İsmayıllıda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edərək, sözügedən qadının tapılmasında vətəndaşın iştirak etdiyini bildirib.

E.Hacıyevin qadının axtarışı ilə bağlı paylaşımına yazılan şərh onun yerinin müəyyən olunmasında mühüm rol oynayıb:

“Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə Deyir ki, biz birlikdə güclüyük! Vətəndaşa təşəkkür edirik”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью