Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kino və teatr aktyoru İbrahim Çingiz Xalq yazıçısı Anarla bağlı maraqlı paylaşım edib.
Ölkə.Az xəbər verir ki, aktyor yazıçının onu yanına dəvət etdiyini söyləyib:
“Bu yaxınlarda yazıçı, ssenarist və dramaturq Anarın «Beşmərtəbəli binanın altıncı mərtəbəsi» kitabı işıq üzü gördü. Sözün düzü, kitabın üz qabığında Akademik Rus Dram Teatrında oynanılan «Təhminə və Zaur» tamaşasının afişasını görmək məni təəccübləndirdi. Elə məhz bu səbəbdən Anar bəy bu gün bizi öz yanına dəvət etdi. “Mənim nəzərimdə siz ən yaxşı Təhminə və Zaur olmusunuz. Buna görə də kitabın üz qabığında məhz sizin şəkliniz olmalıydı deyə düşündüm” dedi.
Bu kitabı əldə edən oxucuların evində uzun illər mənim şəklim kitabın üz qabığından onlara baxacaq. Təşəkkürlər, Anar bəy!”, - deyə o əlavə edib.
Billurə