Yazıçı Anar əlil arabasında... Foto

17.11.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Anar müəllimin səhhətində heç bir problem yoxdur.

Kult.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid bildirib.

Xalq yazıçısı Anarın səhhətində problem yaranıb?

"Anar müəllimlə indi danışdım. Səhhətində heç bir problem yoxdur. Kefi kök, canı salamatdır. Bir saatdan sonra da gələcək Yazıçılar Birliyinə. O şəkillə bağlı da dedi ki, nə vaxtsa ayağı ağrıyanda xəstəxanaya gedəndə çəkilib. Hazırda nə ayağında, nə səhhətində heç bir problem yoxdur", - deyə R.Məcid vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə xalq yazıçısı Anarın əlil arabasında şəkli paylaşılıb və onun səhhətində problem olması ilə bağlı iddialar yayılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью