Yazıçı Aqata Kristi dirildiləcək

02.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Detektiv janrının klassiki Aqata Kristi BBC üçün yazıçılıq peşəsi üzrə kurs keçməsi məqsədilə süni intellektin köməkliyi ilə "dirildiləcək".

Bu barədə Oxu.Az "İndependent" nəşrinə istinadla xəbər verir.

Layihədə aktrisa Vivyen Kin iştirak edəcək. O, Kristinin görünüşünün yenidən yaradılmasına kömək edəcək.

Süni intellekt 1976-cı ildə vəfat etmiş yazıçıya maksimal oxşarlığın əldə olunmasına imkan verəcək.

Müəllifin səsi saxlanılmış audioyazılar əsasında bərpa ediləcək. Yaradılacaq avatar kursu təqdim edəcək. Aqata Kristinin mühazirələri "BBC Maestro" onlayn platformasında yerləşdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью