Yazıçı: Azərbaycan gəncləri ölkəmizi dünyada qürurla təmsil edirlər

02.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, Günel Türksoy, AZƏRTAC

Bu gün ölkəmizdə Gənclər Günü qeyd olunur. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər müxtəlif sahələrdə çox uğurla addımlayırlar. Onlar dünya arenalarında istər idman, mədəniyyət, istərsə də iqtisadi sahələrdə öz sözlərini deyə bilirlər.

Bunu AZƏRTAC-a açıqlamasında gənc yazıçı, tərcüməçi Xanım Aydın deyib.

Yazıçı Azərbaycan gənclərinin ölkəmizi dünyada qürurla təmsil etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan Bayrağı gənclərin əlində müxtəlif arenalarda göylərə ucalır, Dövlət Himnimiz səslənir. Bu gün Prezident Kitabxanasında Gənclər Gününə həsr olunmuş tədbirin keçirilməsi də gənclərə dəstəkdir, onlar üçün motivasiyadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью