Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil Dünyaya necə çıxmaq olar? | …
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Qismət Rüstəmovun "Ədəbiyyatımızı dünyaya çıxarmaq haqqında" yazısını təqdim edir.
Milli ədəbiyyatın prestiji, mədəniyyət sənayesi, kültür siyasəti və idarəetməsi, dünya ədəbiyyatı kimi anlayışlardan danışarkən fransız ədəbiyyat nəzəriyyəçisi Paskali Kazanovanın “Dünya ədəbiyyatı respublikası” kitabına istinad etməmək olmaz.
Kazanova xanım sözügedən kitabını 1999-cu ildə fransız dilində yazıb, beş il sonra kitab ingilis dilində çap olunub və bütün dünyada məşhurlaşıb.
Bu kitabda o, ədəbiyyatla bağlı çox maraqlı, orijinal, özünəməxsus bir formul təklif edir.
Kazanovanın fikrincə, ədəbiyyat klassik əsərlərin yazılmasıyla yanaşı, oxucular, nəşriyyatlar və jurnallar yoluyla yayılmaqla, yəni ədəbiyyatı dəstəkləyən qurumların inkişafı ilə hər millətin yığdığı, saxladığı, idxal və ixrac etdiyi simvolik sərmayə formasıdır.
“Dünya ədəbiyyatı respublikası” kitabında müəllif yazır ki, təbii sərvətlər, qaynaqlar kimi, ədəbi ulduzlara, avtoritetlərə sahib olmaq üçün də millətlər arasında şiddətli rəqabət gedir.
Kazanovanın fikrincə, təkcə maddi, fiziki dünyada yox, mənəvi dünya sayılan sənət aləmində də yarış və bundan yaranan şiddət var.
Tam oxu
Xəbəri oxu