Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib

21.11.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yazıçı Vahid Məmmədlinin “Məsumluq meşəsi” adlı yeni romanı nəşr edilib.

Kulis.az xəbər verir ki, əsər klassik “Leyli və Məcnun” əhvalatının yenidən işlənmiş variantıdır və tamamilə fərqli süjet xətti ilə oxucuya təqdim olunur.

Müəllif klassik motivləri yenidən düşünərək əhvalata ictimai məzmun gətirib, onu vətənpərvərlik və milli özünüdərk kontekstinə yönəldib. Romanın əsas qəhrəmanı Məcnun tamam yeni obrazda - qədim azərbaycanlı surəti kimi təqdim edilib.

Əsərin diqqətçəkən elementlərindən biri “Meşə Dərvişləri” adlı əlavə xətdir. Romanın coğrafi təsvirləri isə Qarabağ təbiətini xatırladan elementlərlə zəngindir.
Qeyd edək ki, romanda "Leyli və Məcnun" əhvalatına alternativ bir final təqdim edir.

Qatarlar gəlib keçər bir gecədən bir gecəyə... - Günün mahnısı "Həbsdən qaçış" yenidən yayımlanacaq Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью