Yazılan tarixin başlanğıc nöqtəsi ŞƏRH

01.10.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixin mürəkkəb və taleyüklü mərhələlərində xalqların gələcəyini müəyyənləşdirən, dövlətçilik ənənələrini formalaşdıran dahi liderlər olur. Belə şəxsiyyətlərin zəngin həyat yolu, eyni zamanda mənsub olduqları xalqın mübarizə tarixini, mənəvi ucalığını və inkişaf səviyyəsini əks etdirir. Milli ideallara və ümummilli mənafelərə sarsılmaz tellərlə bağlı olan bu dahi insan dahi rəhbərliyi ilə milyonların qəlbində əbədi bir abidə ucaldır.

1993-cü il oktyabrın 3-də keçirilən Prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu parlaq qələbə xalqın Ulu Öndərə, onun güclü siyasi iradəsinə, zəngin idarəçilik təcrübəsinə və böyük nüfuzuna bəslədiyi dərin inamın təzahürü idi. Azərbaycan xalqı dəqiq dərk edirdi ki, ölkəni düşdüyü dərin böhran və xaosdan yalnız Heydər Əliyev kimi qətiyyətli bir lider xilas edə bilər.

Müstəqilliyin ilk illərində ölkənin müharibə şəraitində olması xarici dövlətlərin və iri şirkətlərin Azərbaycana sərmayə yatırmasında tərəddüdlər yaradırdı. Lakin Ümummilli Liderin beynəlxalq miqyasdakı şəxsi nüfuzu bu maneələri aradan qaldırdı. 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə "Əsrin müqaviləsi" kimi düşən neft sazişi ölkəmizin gələcək iqtisadi inkişafının və təhlükəsizliyinin möhkəm təməlini qoydu, Azərbaycanı dünyada etibarlı tərəfdaş və neft ölkəsi kimi tanıtdı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar və milli birlik siyasəti respublikanı böhrandan çıxararaq qüdrətli dövlət quruculuğu yoluna yönəltdi.

Ulu Öndər yaxşı anlayırdı ki, nizam-intizamlı və güclü ordu qurulmadan torpaqlarımızın azad edilməsi və suverenliyin bərpası mümkün deyil. Məhz buna görə də o, hakimiyyətə qayıtdığı ilk gündən hərbi quruculuğu prioritet vəzifə elan etdi. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında Ümummilli Lider bəyan etmişdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır... Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".

Həmin dövrdən təməli qoyulan nizami Azərbaycan Ordusu illər keçdikcə daha da gücləndi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik həsrətə son qoyaraq əzəli torpaqlarımızı işğaldan azad etdi. Keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura yenidən hayat qayıdır; muasir infrastrukturlar qurulur, soydaşlarımız öz baba yurdlarına köçürülür. Qarabağın tacı Şuşada, Xocalıda, Xankəndidə və azad olunmuş bütün torpaqlarımızda üçrəngli dövlət bayrağımız qürurla dalğalanır.

1993-cü il oktyabrın 3-də təməli qoyulan müstəqil siyasət xətti Azərbaycanı qalib, bütöv və beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın azad olunması Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının ən böyük arzusu idi. 2020-ci il noyabrın 8-də Şuşa azad edildikdən sonra Ali Baş Komandan Ulu Öndərin məzarını ziyarət edərək verilən tapşırığın şərəflə yerinə yetirildiyini məruzə etmiş, ardından Şəhidlər Xiyabanında qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək onların qisasının alındığını bildirmişdir. Ölkə rəhbəri vurğulamışdır ki, hər bir azərbaycanlı Ulu Öndərin xatirəsinə ehtiram olaraq bu böyük Zəfərin məsuliyyətini daşımalı və ona layiq olmalıdır.

Rahim Muradov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью