Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Gecə 7-10°, gündüz 11-14° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək ist
Q.QASIMOVXQ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.