Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

19.08.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 avqust, AZƏRTAC

2026-cı ilin yanvar-iyul aylarında ölkədən 531,33 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 19,5 faiz artaraq 4 milyon 667,47 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında isə Azərbaycandan 3 milyon 905,92 min dollar dəyərində yəni, 430,8 ton çay ixrac edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью