Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

25.08.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,4 milyon manat sığorta haqqı toplanılıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni aylarına nisbətən 7,3 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə keçən ilin müvafiq ayları ilə müqayisədə 26,9 faiz artaraq 671,4 milyon manat təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью