Yeddi ayda ÜDM istehsalı artıb

17.08.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeddi ayda ümumi daxili məhsul (ÜDM) istehsalı artıb.

Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76.8 milyard manat məbləğində ümumi daxili məhsul istehsal edilib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz çoxdur.

Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 0.6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2.2 faiz artıb. Əlavə dəyərin 34.5 faizi sənaye, 10.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5.0 faizi tikinti, 2.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.0 faizi informasiya və rabitə sahələrində, 21.9 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 9.7 faizini təşkil edib.

Bir ayda istehsal olunan ÜDM 11 593 manat həcmində artıb. Belə ki, yanvar-iyun aylarında ölkədə 65 milyard 207 milyon manat həcmində ÜDM istehsal edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью