Yeddi gün əvvəl doğum gününü qeyd edən professor dünyasını dəyişdi

13.10.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

Alim uzun sürən diabet xəstəliyindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Quliyev Tərlan Aslan oğlu 1962-ci il oktyabrın 6-da Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

1994-cü ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Dillər və ədəbiyyat” kafedrasının müəllimi işləyib.

2008-ci ildən həmin kafedrasının müdiri idi.

Son illərdə səhhətində ciddi problemlər yaranan professor əlil arabası vasitəsilə hərəkət edirdi.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью