Yeddi ildən sonra doğulan Xəyal ölümlə mübarizə aparır

20.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Yeddi yaşlı Xəyal ağır xəstəliklə mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun anası Gülnar Abdulova məlumat verib.

O qeyd edib ki, Xəyal qan xərçəngindən əziyyət çəkir:

"İl yarımdır artıq Xəyal yaşamaq uğrunda ağır xəstəliklə mübarizə aparır. Ona ilik köçürülməlidir. Türkiyədə "Ege" Universitetinin xəstəxanasında müalicə alırıq. Donor tapılıb. Amma maddi gücümüz əl vermir ki, ona ilik köçürülsün. Xəyal evin tək uşağıdır. 7 ildən sonra doğulub. Övladımı itirmək istəmirəm. Xalqımdan xahiş edirəm, bizə əl uzatsın. Xəyala ilik köçürülməsi üçün bizə 30 min manat lazımdır".

Əlaqə nömrəsi: (051) 704-41-64.

Kart: 4169738868316781

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью