Yeddi qolun vurulduğu London derbisini Çelsi qazanıb AZƏRTAC

08.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun daha 4 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə "Tottenhem" "Çelsi"ni qəbul edib. Yeddi qolun vurulduğu London derbisində qonaqlar 4:3 hesablı qələbə qazanıblar.

Günün digər matçlarında "Arsenal" səfərdə "Fulhem"lə 1:1, "Brayton" "Lester"lə 2:2 hesablı heç-heçə edib, "Bornmut" isə "İpsviç"ə qalib gəlib - 2:1.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 35 xalla "Liverpul" başçılıq edir. Mersisayd klubunun ehtiyatda daha bir oyunu var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью