Yeddi snaypeçrimiz Münhendə mübarizə aparacaq

21.01.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Atıcılıq üzrə H&N kubokuna start verilib. Sport24.az xəbər verir ki, yarış Almaniyanın Münhen şəhərində keçirilir.

Turnirdə Azərbaycan millisi də mübarizə aparır. Komandamız yarışda 7 snayperlə təmsil olunur. Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, turnirə yanvarın 26-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью