Yeddi yaralının olduğu amfibiya təyyarəsi Bakıya ÇATDI VİDEO

26.12.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7-si artıq Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, yaralı sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilib.
Yaralılar Hava Limanından birbaşa təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq,
 

Qeyd edək ki, ümumilikdə AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 14 nəfər, o cümlədən 1 uşaq Azərbaycana yola salınıb.


Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью