Yeddi yaşlı azərbaycanlı Fransanın Nant klubunda ÖZƏL

28.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Daha öncə İspaniya nəhəngi "Real Madrid"lə adı hallanan Telman Əlizadə Fransanın "Nant" klubu ilə müqavilə imzalayıb.

Bunu Oxu.Az-a açıqlamasında yeddi yaşlı futbolçu Telman Əlizadənin atası Cavad Əlizadə deyib.

"Real Madrid" klubu Telmanla müqavilə imzalamaq üçün iyun ayına kimi gözləməyimizi istədi. O, "Nant" klubunun da seçmələrinə qatıldıqdan sonra klub Telmanla müqavilə imzalamaq istədi. Telman artıq sentyabr ayından etibarən "Nant" forması ilə çıxış edəcək. Hazırda klub futbolçu transfer edə bilmədiyi üçün Telman "USSA Vertu" klubunda oyunlara çıxacaq və məşqlərini davam etdirəcək".

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью