Yeddi yaşlı Səmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

24.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Yeddi yaşlı Səmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Gülnarə Mustafayeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:

"Səmədin yeddi yaşı var, o, anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Normal sidiyə gedə bilmir. Doğulan gündən, demək olar ki, elə müalicələrdəyik. Özümüz Şəkidə yaşayırıq, hər iki-üç aydan bir Bakıya Səmədi müayinələrə gətirirəm".

Gülnarə Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Mənim Səməddən başqa iki övladım da var. Uşaqların atası ilə ayrılmışıq, heç bir dəstəyi yoxdur. Hazırda Səmədin müayinəsi və müalicəsi üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (055) 858-28-76.

"Kapıtal Bank": 4169 7388 8911 5873.

Yeddi yaşlı Səmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью