Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aytən Süleymanlı məlumat verib.
O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub: "Yunisin yeddi yaşı var.
O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik.
Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı.
Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik.
Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər.
Bir müddət sonra Yunisdə eyni vəziyyət təkrarlandı və oğlum yenidən əməliyyat olundu".