Yeddinci mərtəbədən yıxılan körpə heç bir xəsarət almadı MÖCÜZƏ | Icma.az
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Tula vilayətində bir yaşlı uşağın çoxmərtəbəli binanın pəncərəsindən yıxılması faktı ilə bağlı prokurorluq araşdırma aparır.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Petrovski kəndinin Şosseynaya küçəsində çoxuşaqlı ailənin yaşadığı mənzildə baş verib.
2024-cü il təvəllüdlü ən kiçik uşaq nəzarətsiz qalıb və yeddinci mərtəbədəki evin yataq otağının pəncərəsindən yıxılıb.
Hadisə yerinə gələn həkimlər körpəni müayinə edib və onun möcüzə nəticəsində xəsarət almadığını müəyyən ediblər.
Hazırda prokurorluq hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu