Yeddiqat Böyük Dəbilqə qalibi ardıcıl 10 cu məğlubiyyətini aldı

03.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-li tennisçi Venus Uilyams WTA səviyyəsində 2026-cı il mövsümündə keçirdiyi 10-cu fərdi qarşılaşmada da məğlub olub.

İdman.Biz xəbər verir ki, 46 yaşlı idmançı Kanadanın Toronto şəhərində keçirilən WTA 1000 turnirinin birinci mərhələsində Özbəkistan təmsilçisi Kamilla Rəhimova ilə qarşılaşıb.

Dünya reytinqində 82-ci pillədə olan Rəhimova görüşü 6:4, 6:1 hesabı ilə qazanıb. Bununla da Uilyams 2026-cı ildə fərdi yarışlarda keçirdiyi 10 matçın hamısında uduzub.

Yeddi Böyük Dəbilqə titulunun sahibi olan Venus Uilyams son qələbəsini 22 iyul 2025-ci ildə Vaşinqtondakı WTA 500 turnirində qazanıb. O, həmin yarışın ilk mərhələsində həmyerlisi Peyton Störnsi 6:3, 6:4 hesabı ilə məğlub edib.

Toronto turniri 2-13 avqust tarixlərində keçirilir. Yarışın son qalibi kanadalı Viktoriya Mbokodur. O, diz zədəsi səbəbindən titulunu qorumayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью