Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

31.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 31 oktyabr, AZƏRTAC

2025-ci ildə tək Azərbaycanda deyil, Cənubi Qafqazda ilk dəfə ailə icazə verdi və meyit donordan orqan transplantasiyası gerçəkləşdi. Ötən ilin oktyabrında isə ilk dəfə ürək transplantasiyası keçirildi. Bu günə qədər 85 meyit donordan orqan köçürülüb.

AZƏRTAC xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” elmi-praktik konfransının rəsmi açılış mərasimindəki çıxışında deyib

"Gələcək hədəflərimiz 2022-ci ildə Nazirlər Kabineti tərəfindən əsasnaməsi təsdiq olunmuş vahid informasiya sisteminin, rəqəmsal sisteminin sümük iliyi donorları reyestrinin hazırlanmasıdır. Düşünürəm ki, həmin reyestr də hazırlanacaq və yaxın gələcəkdə sümük iliyi transplantasiyası üçün də donor axtarmaq məqsədilə vətəndaşlarımız xaricə üz tutmayacaqlar. Əksinə xaricdən vətəndaşlar sümük iliyi transplantasiyası üçün ölkəmizə gələcəklər”, - deyə o bildirib.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Orxan Kərimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью