Yəhudi dini hərəkatının nümayəndəsi öldürüldü

24.11.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Çabad” yəhudi dini hərəkatının nümayəndəsi Zvi Koqan öldürülüb, onun meyiti BƏƏ-nin təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib.

Teleqraf.com xəbər verir ki, nu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

"BƏƏ-nin kəşfiyyat və təhlükəsizlik orqanları 2024-cü il noyabrın 21-də itkin düşən Zvi Koqanın cəsədini tapıblar. Zvi Koqanın qətli antisemitizm terrorunun cinayət əməlidir. İsrail Dövləti Onun ölümündə günahkar olanları məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək", - deyə xəbərdə qeyd olunur.

Xatırladaq ki, İsrailin Milli Təhlükəsizlik Şurası bu yaxınlarda ölkə vətəndaşlarını BƏƏ-də səyahət riskinin yüksək olduğu barədə xəbərdarlıq edib və bu ölkəyə vacib olmayan səfərlərdən çəkinməyə çağırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью