Yəhudi fəallar Frankfurt parkında qırmızı boyaya boyanıblar

23.08.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Alman yəhudi fəalı Saşa Stavski "Bild" tabloidinə deyib ki, avqustun 22-də axşam Frankfurt parkında HƏMAS-ın Qəzzada saxladığı girovların plakatlarını asarkən ona və daha iki nəfərin üzərinə qırmızı boya vurulub.

Bizimyol.info xəbər verir ki, yəhudi fəal bu barədə "Bild"ə danışıb.

“Biz HƏMAS tərəfindən saxlanılan 50 girovun fotoşəkilləri olan posterləri Frankfurtdakı Qrüneburq parkının hasarına əlavə etmişdik”, - deyə o bildirib.

Stavski əlavə edib ki, girovların plakatları mütəmadi olaraq parkda sökülür. O, fotoları asarkən qəfildən “antisemit şüarları” eşitdiyini deyib.

“Bizi təhqir etdilər, uşaq qatili adlandırdılar və mən “Azad Fələstin” çağırışını və “soyqırım” sözünü eşidirdim”, - deyən o, özünün və digər iki kişinin əlində qırmızı boya olan bir qadının qəfil hücumuna məruz qaldığını bildirib.

Fəalın sözlərinə görə, eynəyinin üzərinə boya tökülüb və o, bu, təcavüzkarı görməkdə çətinlik çəkib. Polis "Bild"ə hadisəni təsdiqləyib və bildirib ki, onlar ərazidə təhlükəsizlik qüvvələrini artırıblar.

Xatırladaq ki, avqustun 22-də Hollandiyanın "Center Parcs De Kempervennen" ticarət mərkəzində iki israillinin hücuma məruz qaldığı məlum olub.

İsrail vətəndaşlarına bir neçə yerli sakin tərəfindən edilən hücum nəticəsində xəsarət alanlar Eyndhovendəki xəstəxanada tibbi yardım göstərilib.

Hücumdan əvvəl Hollandiyanın "Jonet" nəşri Fələstin tərəfdarlarının israilliləri gizli şəkildə lentə aldığını və onların fotolarının internetdə yayıldığını yazıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью