Yəhudi simvollarını göstərməyin İsraildən vətəndaşlarına xəbərdarlıq | Icma.az
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail "Eurovision 2025"də iştirak edəcək vətəndaşlar üçün təlimatlar dərc edir.
Ölkə.Az-ın xəbərinə görə, İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) İsveçrənin Bazel şəhərində keçiriləcək “Eurovision 2025” mahnı müsabiqəsində iştirak etməyi planlaşdıran vətəndaşlara xüsusi xəbərdarlıq edib.
Agentlik israilliləri artan terror təhlükəsi və gözlənilən anti-İsrail nümayişləri fonunda ayıq-sayıq olmağa çağırır.
Qeyd olunur ki, bəzi radikal şəxslər İsrail vətəndaşlarına qarşı məqsədyönlü hücumlar həyata keçirmək üçün kütləvi etiraz aksiyalarından pərdə kimi istifadə edə bilərlər.
Vətəndaşlara ciddi şəkildə tövsiyə olunur: ▪️ İctimai yerlərdə yəhudi və ya İsrail simvollarını göstərməkdən çəkinin; ▪️ Məkanınızı sosial mediada yerləşdirməkdən çəkinin; ▪️ Hərbi xidmət və ya HƏMAS-la müharibə ilə bağlı heç bir mövzunu ictimaiyyətdə müzakirə etməyin; ▪️ İstənilən nümayiş və kütləvi toplantılardan uzaq durun; ▪️ İsraillə açıq şəkildə əlaqəli hadisələrdən çəkinin.
Miri Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu