Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın və onun xələfi Məhəmməd Sinvarın qardaşı Zəkəriyə Sinvar öldürülüb.
Bu barədə Oxu.Az "Walla" saytına istinadla xəbər verir.
Məlumata görə, Zəkəriyə Sinvar mayın 17-də Qəzza zolağının mərkəzi hissəsindəki qaçqınlar düşərgəsində İsrailin onun çadırına endirdiyi hava zərbəsindən sonra öldürülüb.
Onun oğulları ilə birlikdə öldüyü bildirilir.