Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. AZƏRTAC-ın məlumatına görə, Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir. Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.