Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlı Səfərov qardaşlarına yeni ittiham irəli sürülə bilər.
Belə ki, onların iş adamının avtomobilinin yandırılmasında əli olduğu haqda xəbərlər yayılıb.
Təfərrüatları təhlükəsizlik qurumundakı mənbə yerli mediaya açıqlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, mənbənin sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirovski rayonunda baş verib.
Maskalı şəxslər “Toyota Land Cruiser” markalı avtomobilin üzərinə benzin tökərək yandırıblar.
Ertəsi gün polis Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi ilə “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” ilə cinayət işi açıb.
“Polis şöbəsində zərərçəkmiş biznesmen dərhal bildirdi ki, cinayətdə Səfərovların əli ola bilər.