Yekaterinburqda termal kompleksdə 31 nəfər xlordan zəhərlənib

13.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Baden-Baden” termal istirahət kompleksində xlordan zəhərlənənlərin sayı 31 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Vilayət qubernatorunun müavini, səhiyyə naziri Tatyana Savinovanın rəhbərliyi ilə fəaliyyət göstərən operativ qərargahın məlumatına görə, ‘Baden-Baden’ kompleksində xlor qazından zəhərlənən Ural sakinlərinin sayı 31 nəfərə yüksəlib”, – məlumat vilayətin Səhiyyə Nazirliyinin "Telegram" kanalında paylaşılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью