Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada hökumət nümayəndəsinə qarşı zorakılıq işi üzrə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinskinin həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
"Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Mütvəli Şahin oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini təmin edib. İbtidai istintaq orqanları onu Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edir. Qabaqlayıcı tədbirin müddəti 2025-ci il dekabrın 14-dək uzadılıb", - deyə məlumatda bildirilib.