Yelena Parxomenko ilk dəfə beynəlxalq oyunu idarə edəcək

26.11.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq oyuna təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

O, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək.

Azərbaycan millisinin sabiq üzvü noyabrın 27-də İstanbulda keçiriləcək “THY İstanbul” - “Avarca Menorca” (İspaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью