Yelizaveta Ruban: Mümkün olan hər şeyi etdik və çempion olduq

16.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Komandamla fəxr edirəm. Biz bunu bacardıq və çempion olduq".

İdman.biz xəbər verir ki, bunu "Alba"nın heyətində Rumıniya çempionu titulunu qazanan Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban deyib.

“Voluntari” ilə final seriyası 4:1 hesabı ilə millimizin blokçusu Olena Xarçenkonun da çıxış etdiyi "Alba"nın xeyrinə başa çatıb.

Ruban çempionluq üçün əlindən gələni etdiyini deyib: "Mən bütün bunlara layiq idim, məqsədimə çatmaq, titul qazanmaq üçün əlimdən gələni etdim".

Qeyd edək ki, bu, hücumçunun "Alba"nın heyətində ilk mövsümü idi. O, komanda ilə Rumıniya kubokunu da qazanıb və CEV kubokunun finalına yüksəlib. Bundan əvvəl Ruban Rumıniyanın "Luqoj" klubunda da çıxış edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью