Yelkənçilərimiz Türkiyədə medal yarışına çıxır FOTO

28.05.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yelkən idmanı üzrə Azərbaycan komandası Türkiyənin Urla şəhərində keçiriləcək “Pro Sailing Optimist Cup” beynəlxalq reqatasında mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, yarış 4-7 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Azərbaycan Su İdman Növləri Federasiyası beynəlxalq reqatada beş idmançı ilə təmsil ediləcək.

Komandanın heyətində Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova yer alıblar. İdmançılarımız reqatada mükafatçılar sırasında qərarlaşmağa çalışacaqlar.

Yığmanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panaqiotis Papadakisdir.

Qeyd edək ki, Azərbaycan komandası yarışa hazırlıq məqsədilə 30 maydan Urla şəhərində təlim-məşq toplanışına başlayacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью