Yelo bank ağacəkmə kampaniyasında iştirak etdi FOTOLAR

11.12.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Yelo bank ekoloji təşəbbüslərdə fəal iştirakını davam etdirir.

Gununsesi.info xəbər verir ki, bank 11 dekabrda növbəti ağacəkmə aksiyasına qatılıb. Müşfiqabad qəsəbəsində  keçirilən aksiyada Yelo bankın da rəhbər və işçi heyətinin iştirakı ilə müxtəlif ağaclar əkilib.

Bankın aksiyaya qatılmaqda məqsədi insanları ağacəkməyə təşviq edərək, ətraf mühitin mühafizəsinin vacibliyinə, təbiətin qorunmasına, sağlam ekologiyanın yaradılmasına töhfə verməkdir.

Ölkədə yaşıllıqların artırılmasını bundan sonra da davam etdirmək niyyətində olan Yelo bank ictimaiyyəti ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью