Yelo Bank ın aktivləri artıb

16.10.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2026-cı ilin yanvar-sentyabr aylarında 17 milyon 257 min manat təşkil edib. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, sentyabr ayının sonunda bankın cəmi aktivləri 1 milyard 558 milyon 650 min manat olub.

Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 43 milyon 403 min manat və ya 2,9% artıb.

Hesabat dövründə bankın kredit portfeli də böyüyüb. 2025-ci ilin sonu ilə müqayisədə Yelo Bank-ın ümumi kredit portfeli 61 milyon 220 min manat və ya 5,6% artaraq 1 milyard 150 milyon 291 min manat təşkil edib. 

Qeyd edək ki, 2026-cı ilin sentyabr ayının sonuna Bankın əmanət portfeli 1 milyard 91 mln. 269 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью